Abbas Əraqçiyə qarşı sui-qəsd cəhdi
2025-06-20 11:20:58

Hurriyyet.az xəbər verir ki, İranda ölkənin xarici işlər naziri Abbas Əraqçiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb. Bu barədə məlumatı İran XİN rəhbərinin müşaviri Məhəmməd Hüseyn Rəncbəran X sosial şəbəkəsində məlumat verib.
Onun iddiasına görə, bu insident bir neçə gün bundan əvvəl Tehran şəhərində baş verib.
Diplomat yazıb: "Vətənin naməlim əsgərlərinin təhlükəsizlik tədbirləri olmasaydı, İsrailin böyük bir qəsdi həyata keçirilmiş olardı. Şükür ki, cəhd boşa çıxdı".
Sui-qəsd cəhdi ilə bağlı əlavə məlumat verilməyib.
Hürr Tərcüman
