AB rəsmisi Jozep Borrel: Gürcüstan və Moldovaya Rusiyadan təhlükə var
"Gürcüstan və Moldova Rusiyadan təhlükə hiss edirlər. Xoşbəxtlikdən, Gürcüstan və Moldovada müharibə yoxdur". Bu ifadələri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə təmsilçisi Jozep Borrel deyib.
"Gürcüstana mesajımız həmişə olduğu kimidir - Gürcüstanın çətinliklərin öhdəsindən gələ bilməsi üçün daha çox kömək edəcəyik. Gürcüstan və Moldovaya Rusiyadan təhlükə olduğunu bilirik və Ukraynaya etdiyimiz kimi biz onları dəstəkləməyə hazır olacağıq. Xoşbəxtlikdən, Gürcüstan və Moldovada müharibə yoxdur. Bizi Ukraynanın müdafiə nazirini və NATO baş katibini də ziyarət edəcəyik və ABŞ-ın Ukraynadakı cari müharibəni müzakirə edəcəyik. Ukrayna Rusiyaya həlledici müqavimət göstərir. Müharibənin bu ankı nəticələri Rusiyanın gözləntilərinə cavab vermir. Ukraynalılar Rusiya ordusunu durdurur və biz Ukraynalıları silahla dəstəkləməyə davam etməliyik. Buna görə Ukraynaya kömək etmək üçün Müdafiə Foudundan əlavə 500 milyon avro ayrılmasını təsdiqlədik", deyə Borrel bildirib.
Ülviyyə, Hurriyyet.az