AB-nin İrəvana göndərdiyi missiya rəhbəri hərbçidir!

2023-01-25 23:55:00

AB-nin İrəvana göndərdiyi missiya rəhbəri hərbçidir!

Avropa Birliyinin (AB) Ermənistandakı missiyası mülki deyil, hərbi kontingentə bənzəyir.

Hurriyyet.Az Report-a istinadən xəbər verir ki, missiyanın rəhbəri 2020-ci ildən Ştutqart Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışan almaniyalı Markus Ritter olacaq.

Bildirilib ki, xidmət etdiyi qurumlar onun polis deyil, daha çox hərbçi olduğunu göstərir. Belə ki, M.Ritter AB-nin İraqdakı konsultasiya missiyasına rəhbərlik edib, Cənubi Sudan, Gürcüstan və Kosovada AB və BMT missiyalarında xidmət edib, həmçinin Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub.

Qeyd edilib ki, almaniyalı təmsilçinin missiyanın rəhbəri təyin edilməsi Berlin və Paris arasında razılaşdırılmış oyunun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000126