AB liderləri Ukraynaya “Patriot” tədarükünü müzakirə edəcək
2024-04-19 14:59:14
Avropa Birliyi ölkələrinin xarici siyasət və hərbi idarələrinin rəhbərləri aprelin 22-də Ukraynanın təcili olaraq “Patriot”larla təmin edilməsi məsələsini müzakirə edəcəklər.
Hurriyyet.az xəbər verir ki, bu barədə AB-nin yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə açıqlamasında məlumat verib.
"Biz Ukraynanı “Patriot” sistemləri ilə təmin etmək kimi konkret məsələləri müzakirə edəcəyik. Bu, hazırda ən aktual məsələdir", - o deyib./axar.az/