AB-dən qalmaqallı hicab qərarı
Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi qalmaqallı qərar qəbul edib.
Hurriyyet.Az xarici KİV-ə istinadla xəbər verir ki, üzv ölkələrin dövlət idarələri işçilərin iş yerində hicab kimi dini inancları simvolizə edən əşyalar taxmasını qadağan edə biləcək.
AB məhkəməsinin açıqlamasına görə, Belçikanın Lyej şəhərindəki Ans Bələdiyyəsi məşğulluq şərtlərini dəyişdirərək işçilərinə “qərəzsizlik naminə ideoloji və ya dini mənsubiyyətini açıq şəkildə göstərən əşyalar daşımağı” qadağan edib.
Hicablı işçi dini etiqad azadlığının pozulduğunu və ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək Lyej əmək məhkəməsinə müraciət edib. Məhkəmə bələdiyyənin fəaliyyətinin Aİ qanunlarına zidd olub-olmamasına qərar verə bilmədiyi üçün iş Aİ Ədalət Məhkəməsinə verilib.
Ədalət Məhkəməsində “dövlət administrasiyasının öz daxilində tam neytral inzibati mühit yaratmaq üçün işçilərinə tətbiq etdiyi sərt neytrallıq siyasəti qanuni məqsədlə obyektiv əsaslandırıla bilər” qərarı verilib. \\Ölkə.Az