"AAAF Park" yaşayış kompleksində PARTLAYIŞ - FOTO+ VİDEO/YENİLƏNDİ

2022-11-16 22:06:00

Hurriyyet.Az xəbər verir ki, bu barədə Yanıq Mərkəzindən məlumat verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə ilkin məlumat daxil olub.

Hurriyyet.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur. \\Manşet.Az

***

AAAF Park Yaşayış Kompleksindəki yaşayış binalarından birində partlayış baş verib.

Hadisə Abşeron rayonu Xırdalan şəhərində yerləşən kompleksin 25 saylı küçəsinin 11 saylı binasının ikinci mərtəbəsində qeydə alınıb 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Baş Yanğın Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikaları, eləcə də polis və təcili tibbi yardım briqadası cəlb edilib. 

Ətraflı məlumat veriləcək.


 

\\Manşet.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.100328