AA: “ABŞ terrorçulara təlim keçir” – NATO müttəfiqi Türkiyənin sərhədinin yaxınlığında

2022-09-07 19:45:00

AA: “ABŞ terrorçulara təlim keçir” – NATO müttəfiqi Türkiyənin sərhədinin yaxınlığında

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki,  Suriyada terror təşkilatı YPG/PKK-nın işğal etdiyi bölgələrdə mövcud olan ABŞ qüvvələri terror təşkilatına hərbi təlim dəstəyini davam etdirir.

“Anadolu Agentliyi”nın yerli mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ Xüsusi Təyinatlı Qüvvələri Türkiyə və İraq sərhədinə yaxın Malikiyyə bölgəsində 240 YPG/PKK terrorçusuna təlim keçib.

ABŞ istehsalı olan çoxlu sayda “Bradley” tipli zirehli döyüş texnikasından istifadə edilən təlimdə YPG/PKK terrorçularına yaxın və orta mənzilli silahlardan istifadə öyrədilib.

Digər tərəfdən isə ABŞ vertolyotları dünən təlim bölgəsində kəşfiyyat uçuşları həyata keçirib.

İŞİD terror təşkilatına qarşı qurulan koalisiyanın tərkibində yer alan ABŞ daha əvvəl Fəratın şərqindəki Haseke və Deyr əz-Zor torpaqlarında YPG/PKK terrorçularına müxtəlif təlimlərlə dəstək vermişdi.

ABŞ ilə onun lideri olduğu koalisiya qüvvələri 2015-ci ildən bəri minlərlə YPG/PKK terrorçusuna təlim keçiblər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061495