Saat:22:17
Haqqımızda

"99 Allahın adı ilə..." - Özünü Ərtoğrula bənzədən direktor gülüş hədəfi oldu - VİDEO

2023-03-27 15:18:00

Bakıda 124 nömrəli məktəbdə keçirilən Novruz şənliyi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, məktəbin direktoru Adil Əliyev qırmızı xalat və tac geyinərək özünü məşhur Türkiyə serialındakı Ərtoğrula bənzədib. O, zala daxil olarkən müavinləri "Qalxın, sultan gəlir" deyiblər. Direktor tədbiri də Ərtoğrulsayaq açıq elan edib. Sadəcə "Allahın 99 adı ilə.." sözləri əvəzinə "99 Allahın adı ilə.." deyib ki, bu da gülüşə səbəb olub. Amma insafən, Adil Əliyev inkişafdan da danışıb. Deyib ki, elə sürətlə inkişaf edirik, tezliklə Yaponiya, İsrail, hətta ABŞ-ı geridə qoyacağıq.

Direktorun özünü sultana bənzətdiyi tədbirdən yayılan görüntülər sosial şəbəkədə ciddi tənqid və qınaqlara səbəb olub.

124 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Eminova isə Bakupost.az-a açıqlamasında Novruz şənliyinin məhz bu cür səhnələşdirildiyini, direktorun Ərtoğrul obrazini canlandırdığını etiraf edib:

"Burada qəbahət bir şey yoxdur. Təhsil İdarəsinə bu tədbir haqqında məlumat vermişik. Tabe olduğumuz idarədən xəbərsiz tədbir keçirməmişik. Görüntülərdə Novruz tədbiri olub. Sadəcə bunu sosial şəbəkədə başqa cür təqdim ediblər. Burda yanlış bir şey yoxdur. Ssenari üzrə çıxış olub. Ssenaridə Xanlıqlar dövrü təsvir olunub. Obraz olaraq Şəki xanı, Qarabağ xanı və s. canlandırılıb. Görüntülərdə direktor da var, şagirdlər də".

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR