90 MİLYARD AVRO - Zelenski təşəkkürünü bildirdi
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynaya 90 milyard avro vəsait ayırdıqları üçün Aİ ölkələrinin liderlərinə təşəkkürünü bildirib. Həmin vəsaitin Kiyevə 2026-2027-ci illər ərzində verilməsi planlaşdırılır.
Zelenski bu açıqlamanı X səhifəsində verib.
Ukrayna Prezidenti yazıb: "Aİ Şurasının 2026-2027-ci illərdə Ukraynaya 90 milyard dollar maliyyə dəstəyi verilməsi qərarı ilə (dekabrın 19-na keçən gecə qəbul edilib - red.) əlaqədar Avropa İttifaqının bütün liderlərinə minnətdarlığımı bildirirəm. Bu, mühüm dəstəkdir. Həqiqətən də bizim davamlılığımızı gücləndirir".
Zelenski yazıb: "Rusiyanın vəsaitlərinin dondurulması və Ukraynanın qarşıdakı illərdə maliyyə təhlükəsizliyinin təmin edilməsi vacibdir".
Hürr Tərcüman
