9 yaşlı uşaq suya görə əmisini xəstəxanalıq etdi
2025-06-30 21:16:24
Saatlı sakini əmisinə xəsarət yetirib.
Hurriyyet.Az APA-ya istinadla xəbər verir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb.
Kənd sakini, 2016-cı il təvəllüdlü A.S. əmisinə - 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. Səttar Ağayev Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisənin su üstündə yaranan mübahisə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
