9 May Qələbə Paradı Qərbə hansı mesajı ötürdü-Qərbin ürəyinə vəlvələ ya uğursuzluqdan törənən zəlzələ...

2022-05-12 12:50:00

9 May Qələbə Paradı Qərbə hansı mesajı ötürdü-Qərbin ürəyinə vəlvələ ya uğursuzluqdan törənən zəlzələ...

Vladimir Putin hər il Moskvada faşist Almaniyası üzərində zəfərli qələbənin xatirəsinin anım Paradından Qərbə müəyyən mesajların ötürülməsi vasitəsi kimi istifadə etməyi xoşlayır. Bir müddətdir ki, Putinin mayın 9-da etdiyi çıxışdan Ukraynada rus ordusuna getdikcə daha baha başa gələn "xüsusi əməliyyat"ın uğuru üçün Rusiya cəmiyyətini və iqtisadiyyatını səfərbər etməyə çağıracağı gündəmdədir.
Putin parad zamanı “müharibə” elan etməsə də, Rusiya öz hərbi qüdrəti barədə açıq mesaj verdi. Yalnız bu siqnal Putinin ümid etdiyi siqnal deyildi.
Əvvəlkindən nəzərəçarpacaq dərəcədə kiçik olan və bu dəfə hərbi aviasiyanın iştirak etmədiyi parad - təqdim olunduğu kimi "uyğun olmayan hava şəraitinə görə" - inventarda olan hərbi texnikanın və bir neçə "yeni" sistemin nümayişi idi və Putinin təxmininə görə bu nümayiş Qərbi titrəyəməyə vadar edəcəkdi.
Ancaq daha yaxından baxmaq kifayətdir hər şeyin Moskvanın inandırmağa çalışdığı kimi olmadığı görünsün.
Başlayaq Tank T-14 "Armata" tankından. Əslində, bu “yeni” tank ilk dəfə 2015-ci ildə 9 May Qələbə Paradında təqdim edilib və bu tank o qədər mürəkkəb və bu səbəbdən bahalıdır ki, onun kütləvi istehsalına hələ başlanmayıb. Bu tankın son dərəcə güclü və funksional olacağını vəd edilir. Onun üç nəfərdən ibarət ekipajı tankın ön hissəsində yerləşən xüsusi zirehli podda yerləşir və qülləsində yer yoxdur. Bu dizayn o deməkdir ki, tank əleyhinə mərmilər vurularsa, ekipajın sağ qalma ehtimalı daha yüksəkdir, Rusiya hərbçilərinin Ukraynadakı təcrübəsindən öyrəndiyi kimi, çünki tanka tuşlanan mərbi qüllənin yuxarı hissəsinə nüfuz edə biləcək, orada heç bir yer yoxdur. 
Paradda "Bumeranq" vahid döyüş platforması da təqdim olundu. Bu təkərli piyada döyüş maşını da 2015-ci ilin paradında debütə çıxdı və onun hələ də hər cür problemləri var. Bumeranqın üç nəfərlik heyəti var və daha səkkiz əsgəri daşımağa qadirdir. Bu maşın çaylarda və çox dayaz dənizlərdə "üzə bilər". Bununla belə, 2019-cu ildə aparılan sınaqlar göstərdi ki, bu maşın suda dayanıqlığını itirir və buna görə də dizaynda dəyişiklik etmək və üzmə parametrlərini yaxşılaşdırmaq qərara alınıb. "Bumeranq" hələ hərbi istifadəyə  girməyib.
Mayın 9-da keçirilən Qələbə Paradında isə xüsusi diqqətə layiq olan bir kompleks təqdim olundu. Bu "RS-24 Yars" raket sistemi idi. RS-24 Yars strateji nüvə qüvvələrinin və qorxu salan vasitələrin əsas elementidir və yəqin ki, paradda nümayiş etdirilən yeganə hərbi texnikadır ki, heç də yeni olmasa da həqiqətən də heyranedicidir. Çoxlu nüvə başlıqları daşıya bilən mobil və silos əsaslı bərk yanacaqlı qitələrarası ballistik raketə malik Rusiyanın “Yars” strateji raket sistemi 2010-cu ildə istifadəyə verilib, lakin onun istehsalı ilə bağlı problemlər bu cür sistemlərin sayının hələ də məhdud olmasına səbəb olub. Rusiya strateji raket qüvvələrinin ixtiyarında yerdən, sualtı qayıqlardan və təyyarələrdən buraxıla bilən nüvə raketləri var. Bu qüvvələr 12 diviziyanın daxil olduğu üç orduya bölünüb və bu 12 diviziyadan səkkizi “Yars” raket sistemləri ilə təchiz olunub. Son bir neçə il ərzində Rusiya yerüstü buraxılış qurğularını qorumaq üçün izləmə sistemlərinə böyük sərmayə qoyub.
“Tayfun-M” təxribat əleyhinə döyüş maşını raket sistemlərini nüvə silahlarının yerini müəyyənləşdirmək və məhv etmək vəzifəsi daşıyan xüsusi təyinatlılar kimi yerüstü təhlükələrdən qoruyur. Güman edilir ki, “Peresvet” lazer kompleksi müşahidə peyklərini kor etməyə qadirdir və bu da öz növbəsində Yarsın fərqinə varmadan nüvə silahı buraxmağa imkan verir. 
Yəqin ki, Moskvada keçirilən paradın ən diqqətçəkən elementi Uran-9 pilotsuz yerüstü aparatı olub. Bu sürünən döyüş pilotsuz çoxfunksiyalı robot sistemi ilk dəfə 2019-cu ildə təqdim edilib və 30 millimetrlik topun və tank əleyhinə raketlərin mövcudluğunu nəzərə alsaq, çox güclü silahdır. Bununla belə, hazırda cəmi 20 belə sistem xidmətdədir, ona görə də Uran-9-un güclü silah, yoxsa hələ də sınaq məqsədli nəzərdə tutulduğu hələ də aydın deyil. Beləliklə parlayan lakin baha başa gəlməsi və funksionallığı şübhəli olan texnikasını nümayiş etdirməklə rəqiblərinin canına qorxu salmaqda Putin uğursuzluğa uğradı. 
Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya