8 Noyabr prospektində nə baş verir? - Təmir işləri təhlükəli vəziyyət yaratdı + VİDEO
8 Noyabr prospektində qəribə hadisə baş verib.
Belə ki, gecə saatlarında ərazidən keçən 10-a yaxın avtomobilin təkərləri partlayıb.
Sürücülər iddia ediblər ki, bu vəziyyət ərazidə aparılan təmir işlərindən sonra yaranıb.
“Mən də bu yolda hərəkət edən sürücülərdən biriyəm. Təmiri düzgün etmirlər, ona görə də, yol pis günə qalıb. Maşın sürətlə gəlir, sürücü bilmir ki, axşam burada nə iş görüblər. Təkər də partlayır, diski də qırılır”, - sürücü narazılığını bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidə agentlik tərəfindən hər hansı təmir işi icra edilməyib və edilmir:
“Ola bilsin ki, yoldan hansısa qurum tərəfindən kommunikasiya xətti çəkilib. Bunun üçün qazılmış tranşeydə belə hal baş verib. Məsələ tərəfimizdən də araşdırılacaq”.
Daha ətraflı Baku TV-nin süjetində: