“8 nəfər insanın həyatı təhlükədədir” – ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ EVİ QƏZALI VƏZİYYƏTƏ DÜŞƏN ŞAMAXI SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

2022-12-02 13:58:00

“8 nəfər insanın həyatı təhlükədədir” – ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ EVİ QƏZALI VƏZİYYƏTƏ DÜŞƏN ŞAMAXI SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Şamaxı rayonu, Yenikənd kəndində yaşayan Mustafayev Ağasəf Azad oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ağasəf Mustafayev deyir ki, 2019-cu ildə baş verən zəlzələ nəticəsində evi yararsız hala düşüb və hazırda uçmaq təhlükəsi altındadır.

Onun sözlərinə görə, müvafiq qurumlar baxış keçirərək, evin həqiqətən də uçmaq təhlükəsi altında olduğunu təsdiqləsələr də, hələ də təmir olunmur.

Ağasəf Mustafayev bildirir ki, evi uçmaq təhlükəsi altında olduğundan, nə qədər yamaq vurulsa da, xeyri yoxdur.

“8 nəfər insanın həyatı təhlükədədir. Nəvəm müharibə iştirakçısıdır, bizimlə birgə yaşayır. Döyüşlərdə iştirak etdiyinə görə 4 medalla təltif olunub. Prezident İlham Əliyevə müraciətlər ünvalamışam, amma imkan vermirlər ki, məktublar çatsın”, - deyə şikayətçi etiraz edir.

A.Mustafayev onu da əlavə edib ki, SSRİ dönəmində banka qoyduğu pulunu da vermirlər: “SSRİ vaxtından bankda 3500 min manat pulum var . Oğlum Raufun adına isə 15000 manat pul var. “Kapital bank” onu da vermir bizə.  İllərdir dövlətin hesabındadır, indi özümə lazımdır. Müraciət etdikdə deyirlər ki, gəlib 1 AZN pulunuzu götürə bilərsiz. Mən əminliklə deyirəm ki, prezidentin bütün bunlardan xəbəri yoxdur.

Kəndimizin sakini olan bir qadın prezidentin Şamaxıya səfəri zamanı ona evinin qəzalı vəziyyətdə olması haqda məktub vermişdi. 1 ayın içində kənd sakininin evi tikildi. Yəni deyəcəyim odur ki, bəzi məmurlar insanları incidirlər, qoymurlar məktublarımız prezidentə çatsın”.

Hurriyyet.az şikayətçinin video-müraciətini oxucularına təqdim edir:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149397