8-ci mərtəbədən yıxılan 12 yaşlı qız öldü
2024-09-30 10:21:54
Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib.
Hurriyyet.az Unikal.az-a istinadən xəbər verir ki, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib.
Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.