71 şəhidimiz var... Müdafiə Nazirliyi yeni siyahını açıqladı

2022-09-15 13:41:00

71 şəhidimiz var... Müdafiə Nazirliyi yeni siyahını açıqladı

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribatlarının dəf edilməsi zamanı şəhid olmuş Azərbaycan hərbçilərinin yenilənmiş siyahısını açıqlayıb.

Sentyabrın 14-də dərc edilmiş siyahıya 21 nəfərin adı əlavə olunub. Ermənistan Silahlı Qüvvələrinin törətdiyi son təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısında bu gün artıq 71 hərbçinin adı var.

Xatırladaq ki, sentyabrın 12-dən 13-nə keçən gecə və sentyabrın 13-ü səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib, Azərbaycan hərbçiləri təxribata qarşı cavab tədbirləri görüblər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058507