7 məhkumun hansı xəstəlikdən öldüyü MƏLUM OLDU – RƏSMİ

2022-06-07 21:42:00

7 məhkumun hansı xəstəlikdən öldüyü MƏLUM OLDU – RƏSMİ

Xəbər verildiyi kimi Bakıda həbsxanada 7 məhkum dünyasını dəyişib. Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Belə ki, müxtəlif cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş Vüqar Babayev, Elnur Qəribov, Amaxan Nəcərov, Elçin İsmayılov, Etibar Əliyev, Rauf Namazov və Xəzər Əsədullayev dünyasını dəyişiblər. Məhkumların xəstəlikdən öldükləri bildirilir. 

Maraqlıdır, məhkumlar hansı xəstəlikdən və nə vaxt dünyalarını dəyişiblər?

Ədliyyə Nazirliyinin Tibb xidmətindən Bizim.Media-ya bildirilib ki, həmin məhkumların ağır xroniki xəstəlikləri olub və onlar  son aylarda Penitensiar Xidmətin Müalicə müəssisəsində müxtəlif tarixlərdə vəfat edənlərdir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya