"7 cəbhədə savaşan "Xəstə" Osmanlı dövləti dedi ki, mən ölsəm də qardaşım yaşamalıdır..."

2021-09-15 12:52:00

Hurriyyet.az xəbər verir ki, Nüfuzlu diplomat Hulusi Kılıç Moderator.az-a açıqlamasında sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən düşmən işğalından qurtuluşunun 103-cü ildönümünü şərh edərkən bu tarixi günün heç zaman unudulmamasını, hər zaman təntənə ilə qeyd edilməsi arzusunu dilə gətirib, gənclərə səslənib:

“15 sentyabr çox tarixi bir gündür. Bakının düşmən işğalından qurtuluşunun 103-cü ildönümüdür. 1918-ci ildə Qafqaz İslam ordusu Azərbaycan torpaqlarında ermənilər tərəfindən işğal edildiyi zaman Osmanlı dövləti 7000 nəfərlik bir ordunu Azərbaycana göndərmişdi. Osmanlı dövləti o dönəmdə 7 cəbhədə savaşırdı. Həmin dönəmlər Osmanlı dövlətinə xəstə dövlət deyilirdi. Xəstə olsa da Osmanlı dövləti dedi ki, mən xəstəyəm, ölürəm, amma mənim qardaşım yaşamalıdır. Özünə lazım olan 7000 nəfərlik ordunu Azərbaycana göndərdi. 1918-ci ildə 15 sentyabrda Bakı düşmən işğalından xilas edildi. Qafqaz İslam ordusu Türkiyə-Azərbaycan qardaşlığının möhkəm özülüdür. Dolayısı ilə Qafqaz İsman ordusunun Azərbaycandankı fəaliyyətini hər kəsin, xüsusən də yeni nəslin bilməsi vacibdir. Buna görə də Bakının qurutluşu önəm kəsb edir. Mənim arzum 15 sentyabrın düşmən işğalından qurtuluşu ildönümü kimi qeyd edilməsidir”.