67 milyon yaşlı Tireks skeleti 6,2 milyon dollara satılıb!

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Tireks (Tyrannosaurus Rex – T-Rex) cinsli dinozavr skeleti İsveçrədə açıq hərracda 6,2 milyon dollara satılıb. Belə bir hərrac Avropada ilk dəfə Sürixdəki Koller Hərrac Evində keçirilib. Alıcının adı açıqlanmır, sadəcə onun avropalı kolleksioner olduğu və skeletin Avropada qalacağı bildirilir.
11,6 m uzunluqda və 3,9 m hündürlükdə olan skeletin yaşının 67 milyon ilə yaxın olduğu güman edilir. O, “ən möhtəşəm Tireks skeletlərindən biri hesab edilir”.
293 sümük parçasından ibarət “293 Triniti” (Trinity – Üçlük) adlandırılmış skelet 2008 və 2013-cü illər arasında ABŞ-ın Montana və Vayominq ştatlarındakı qazıntılar zamanı tapılan 3 müxtəlif Tireks cinsli dinozavrın qalıqlarından birləşdirilərək hazırlanıb.
Hərraca çıxarılan dinozavr skeletlərinin əksəriyyəti qismən qəliblərdən ibarət olsa da, “293 Triniti”nin yarısından çoxunun həqiqi sümük olduğu bildirilir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya