Saat:04:42
Haqqımızda

600-dən çox bal toplasa da, universitetə qəbul olmadı

2021-09-06 11:11:00

600-dən çox bal toplasa da, universitetə qəbul olmadı

III ixtisas qrupunda 500-520 arası bal toplayan 2 abituriyent, IV ixtisas qrupu üzrə 600-610 arası bal toplayan 1 abituriyent ali məktəbə qəbul ola bilməyib. 

Hurriyyet.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı təhsil eksperti Kamran Əsədov məlumat yayıb. O, müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edib, ali məktəblərə qəbul ola bilməyən abituriyentlər barədə statistik rəqəmləri açıqlayıb:

I ixtisas qrupu üzrə: 

340-350 arası bal toplayan 2 abituriyent 
300-dən çox bal toplayan 3 abituriyent 
200-dən çox bal toplayan 8 abituriyent 
100 bal limiti keçməyən 2068 abituriyent 

II ixtisas qrupu üzrə 

370-380 arası bal toplayan 1 abituriyent 
300 -dən çox bal toplayan 13 abituriyent 
200-dən çox bal toplayan 37 abituriyent

100 bal limiti keçməyən 69 abituriyent 

III ixtisas qrupu üzrə: 

510-520 arası bal toplayan 1 abituriyent
500-510 arası bal toplayan 1 abituriyent 
400-dən çox bal toplayan 14 abituriyent 
300-dən çox bal toplayan 89 abituriyent 
200-dən çox bal toplayan 557 abituriyent 

IV ixtisas qrupu üzrə: 

600-610 arası bal toplayan 1 abituriyent 
550-560 arası bal toplayan 1 abituriyent 
500-dən çox bal toplayan 16 abituriyent 
400-dən çox bal toplayan 39 abituriyent 
300-dən çox bal toplayan 68 abituriyent 
200-dən çox bal toplayan 85 abituriyent

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR