"6-lı masa" dağılmağa doğru gedir - CHP İLƏ İYİ PARTİYA ARASINDA NAMİZƏDLİK SAVAŞI QIZIŞIR

2022-12-23 11:50:00

Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiya arasında namizədlik mübarizəsi qızışır. Hurriyyet.az xəbər verir ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna verilən həbs cəzasından sonra "6-lı masa"da başlayan intriqa, siyasi oyunlar və müzakirələr böyüməkdə davam edir.

Belə ki, türkiyəli məşhur yazar Abdulkadir Selvi son məqaləsində bununla bağlı "İYİ Partiyada üçüncü yol axtarışı başladı. Meral Akşenerin prezidentliyə namizədliyi üçün təzyiqlər artmağa başlayıb", deyə bildirib. Onun iddiasına görə, CHP lideri Kamal Kılıçdaroğlu "Saraçhane əməliyyatı"ndan sonra İmamoğlunun İYİ Partiya sədri Meral Akşenerdən dəstək almasına və namizəd göstərilməsinə "Heç kim partiyamızın daxili işlərinə qarışmasın" deyərək reaksiya verib.

O da qeyd olunur ki, Əkrəm İmamoğlu və Meral Akşener "Saraçhanedəki" həmrəyliyi Kılıçdaroğluna qarşı əməliyyata çevirdikdən sonra CHP lideri "Bir partiya digər partiyanın daxili işlərinə qarışmamalıdır" xəbərdarlığını edib. Əkrəm İmamoğlunu vahid prezidentliyə namizəd elan etməyən Meral Akşener isə öz növbəsində, "Birdən çox namizəd də müzakirə oluna bilər, niyə olmasın?", deyə mesaj verib. Bunun ardınca Kılıçdaroğlu Akşenerə "Bunu çox istəyirsənsə, Əkrəm İmamoğlunu namizəd et", deyə cavab verib.

Bəziləri üçün bu, bir mesaj, bəziləri üçün isə açıq savaş elanıdır. Akşener mesajı aldı və gördü ki, Kılıçdaroğlu prezidentliyə namizəd olmaqda qərarlıdır. İYİ Partiya sədri anladı ki, İmamoğlu üzərində israr etsə, o zaman "6-lı masa" dağılacaq. Odur ki, dərhal İYİ Partiyada çoxlu namizəd variantı üzərində müzakirələrə start verildi.

Beləliklə, hazırda CHP və İYİ Partiya cəbhəsindəki mənzərəni təqdim edirik:

1. CHP-də Kılıçdaroğlundan başqa heç kim "6-lı masa"ya gedməyəcək.

2. İYİ Partiyası qəti şəkildə Kılıçdaroğluna qarşıdır.

3. Bu mənzərə vahid namizəd planının şansını azaltsa da, çoxlu namizəd variantı güclənməyə başladı.

4. İYİ Partiyada Akşener Əkrəm İmamoğlunu, Koray Aydın, Yavuz Ağıralioğlu və Buğra Kavuncu isə Mansur Yavaşı dəstəkləyir. Amma İmamoğlu və Yavaşın Kılıçdaroğlu səbəbindən namizəd olmayacağı düşünülür.

5. İYİ Partiyada üçüncü yol axtarışı başladı. Meral Akşenerin prezidentliyə namizədliyi üçün təzyiqlər artmağa başlayıb.

Bütün bunlar "6-lı masa"da vəziyyətin heç də ürəkaçan olmadığını deməyə əsas verir. Görünən odur ki, prezident seçkiləri yaxınlaşdıqda "6-lı masa"da vəziyyət daha da ciddiləşəcək və bu, sonda ittifaqın parçalanmasına gətirib çıxaracaq.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.198223