Saat:04:29
Haqqımızda

“6 hərbçimiz ermənilərlə qeyri-bərabər döyüşdə şəhid oldular” – KEÇMİŞ DÖYÜŞÇÜ

2023-12-04 22:09:50

“6 hərbçimiz ermənilərlə qeyri-bərabər döyüşdə şəhid oldular” – KEÇMİŞ DÖYÜŞÇÜ

Birinci Qarabağ Müharibəsinin iştirakçısı Ərşad Qaraşov Ağdaban döyüşündə həlak olan hərbçilərimizlə bağlı ölkə rəhbərliyinə müraciət etdi

Kəlbəcər rayon sakini Ərşad Baba oğlu Qaraşov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Birinci Qarabağ Müharibəsi veteran, tağım komandiri Ərşad Qaraşov qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazov, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, eləcə də Kəlbəcər Rayon İcra Hakimiyyətinə və Kəlbəcərdən olan deputat Aqil Məmmədova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

1993-cü il, mart ayının 27-də Kəlbəcər rayonu, Ağdaban kəndinin Sarıdağ yüksəkliyi yaxınlığında döyüş mövqelərində xidmət çəkən N saylı hərbi hissənin 5-ci “rota”sının hərbçilərindən 6 nəfər işğalçı erməni hərbi qüvvələri ilə qeyri-bərabər döyüşdə qəhramanlıqla savaşaraq, şəhid oldular. Bunlar Kərimov Ülfət Ələkbər oğlu (“Rota” komandiri, ölümündən sonra “Azərbaycan Bayrağı Ordeni" və “İgidliyə görə” medalı ilə təltif edilmişdir), İsmayılov Sənan (pulemyotçu), Qəhrəmanov Rasim (sıravi), Sevindikov Yusif (sıravi), Alıyev Rizvan (sıravi) və Həşimov Kərəm (sıravi) olmuşlar. Ermənilərin davamlı artilleriya atəşi və sürətli əks-hücumu nəticəsində şəhid düşən bu döyüşçülərimizin nəşini o zaman arxaya təxliyə etmək mümkün olmamışdır.

Qəhraman ordumuzun keçirdiyi antiterror əməliyyatı nəticəsində hal-hazırda Ağdaban kəndi də işğaldan azad edilib. O döyüşlərin canlı şahidi və iştirakçısı olaraq, Sizdən və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərindən xahiş edirəm ki, şəhid hərbçilərimizin nəşinin axtarılıb tapılması, əməliyyat-axtarış aparılması üçün gecikmədən işə başlanmasına göstəriş verəsiniz”.

Jalə FAMİLQIZI

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR