Saat:03:55
Haqqımızda

6 azyaşlı uşağını tək böyüdən ata nazirlikdən narazıdır - ŞİKAYƏT

2023-12-04 22:33:42

6 azyaşlı uşağını tək böyüdən ata nazirlikdən narazıdır - ŞİKAYƏT

Şirəli Ağazadə: “Evə gəlib baxış keçirdilər, amma deyirlər ki, ev yiyəsi içəri girməyə icazə vermədi”

Bakı şəhər sakini Şirəli Ağazadə Orxan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. 6 azyaşlı uşağını tək böyütdüyünü deyən şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən narazıdır:

“Mən, Şirəli Ağazadə Orxan oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

6 azyaşlı uşaq atasıyam, uşaqlarımı tək böyüdürəm. 3 ildən çoxdur ki, çoxuşaqlı ailələrə verilən sosial müavinət mənə şamil edilmir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 14.11.2022-ci ildən qərar çıxarıb ki, bu müavinət beşdən çox uşağı olan tək ataya da verilsin. Amma Milli Məclisdə buna baxan yoxdur.

Bütün dövlət orqanlarına müraciət etmişəm, hamısından da imtina cavabı gəlir. Yəni 6 uşaq atası olmağıma baxmayaraq, mən o puldan məhrum olmuşam.

Bütün dövlət qurumları çoxuşaqlı ailələrə düşmən kimi baxır. Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyinə sənəd verəndə də gülməli imtinalarla qarşılaşdım. Evə gəlib baxış keçirdilər, amma deyirlər ki, ev yiyəsi içəri girməyə icazə vermədi. Halbuki evdə çəkiliş də etdilər.

Daha sonra imtina gəldi ki, qaz, işıq, su kodunu düz yazmamısınız. Amma ona da özləri baxıblar.

Bundan sonra isə cavab gəldi ki, ailə tərkibimi düz göstərməmişəm. Necə göstərməliyəm, başa düşmürəm?! Uşaqların da, özümün də şəxsiyyət vəsiqəmizi onlara təqdim etmişdim.

Axırıncı dəfə avqust ayının 30-da sənət vermişdim. Sentyabr ayının 22-si evə baxış keçirildi, oktyabrın 22-si isə mesaj gəlidi ki, sosial müavinət təyin olunub. Amma yenə də mənim 2 ayımın pulunu verməyəcəklər.  Çünki oktyabr ayında qərar çıxdı ki, mesaj gələn gündən hesablanacaq. Əvvəllər isə sənəd verilən gündən hesablanırdı.

Uşaq pulundan isə heç bir xəbər yoxdur”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR