Saat:00:54
Haqqımızda

54 ildir bir yastığa baş qoyurlar

2025-11-28 23:16:35

54 ildir bir yastığa baş qoyurlar

Türkiyədə hamı bu cütlükdən danışır. Onlara bəxtəvərlik verənlərin sayı-hesabı yoxdur.

Türk kinosunun iki məşhur siması - Şövkət Altuğ və Jalə Ərdoğdu 54 ildir ailəlidir. Cütlük 1971-ci il noyabrın 28-də nikaha girib. Bu evlilikdən Kərəm və Kezban adlı iki övlad dünyaya gəlib. Bəxtəvər qocalar bu gün evliliklərinin 54-ci ildönümünü qeyd ediblər.

Özünün sosial şəbəkə hesabında paylaşım edən Şövkət Altuğ xoşbəxt olduqlarını bildirib. Sənət adamlarının tez-tez evlənib-boşandığı bir dövrdə uzun illər mehriban yaşayan cütlük Türkiyədə hər kəsin təqdirini qazanıb.

Minlərlə insan aktyorun paylaşımının altına şərh yazaraq onları təbrik edib. \\Metbuat.az