Saat:23:49
Haqqımızda

52 nəfərin diplomu tanınmayıb - Agentlik

2025-06-12 10:35:01

52 nəfərin diplomu tanınmayıb - Agentlik

Təhsildə Keyfiyyət Təminatı Agentliyi may ayı üçün diplomların tanınması üzrə statistikanı açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, 421 müraciətçinin 369-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 52 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması, 6 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması və əhəmiyyətli fərq, 4 əhəmiyyətli fərq (kredit sayı, ixtisaslararası uyğunsuzluq), 2 dövlət nümunəli olmayan diplom, 1 təhsil formasını göstərmək mümkündür.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, menecment üzrə 37, iqtisadiyyat üzrə 35, biznesin idarə edilməsi üzrə 32, maliyyə üzrə 28, beynəlxalq münasibətlər üzrə 21 müraciət qeydə alınıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.221697