Saat:11:57
Haqqımızda

500 min sənədsiz tikili ilə bağlı yeni açıqlama: “Kupça” yalnız bu evlərə veriləcək

2023-03-16 20:37:00

500 min sənədsiz tikili ilə bağlı yeni açıqlama: “Kupça” yalnız bu evlərə veriləcək

2023-cü ilin mart ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Bu fikirlər dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklərin müzakirəsində səslənib. Ancaq bu çıxarışların əsasən hansı evlərə şamil olunduğu ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. Hətta uzun müddətdir ki, "500 min evə çıxarış veriləcək” fikrinin 40 minlə məhdudlaşacağı da deyilir. Bəs əslində dəyişiklilər nədən ibarətdir, bu sənədlə hansı evlərə çıxarışların verilməsi nəzərdə tutulur?

Millət vəkili Vüqar Bayramov bildirib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin çıxarış (kupça) ilə təmin ediləcək:

"Bu, o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək. Digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı, növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, burada söhbət 40 min qeyri-yaşayış obyektindən, həm də əlavə 500 min evdən gedir:

"Bu 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikilib, həmin obyektlərə "kupça” verilmir. Çünki evlərdə olduğu kimi qeyri-yaşayış obtyektlərində də sənədlər qaydasında deyilsə, torpağın təyinatı ilə üst-üstə düşmürsə, ona çıxarış verilmir. Həmin obyektlərin əksəriyyətində tikinti normativləri qorunmayıb. Məsələn, bir vətəndaş yolun kənarında 1 sot torpaq alıb, nəsə tikib. Yaxud bir hissəsində ev, digər qismində obyekti var. İlkin olaraq həmin obyektlərin sənədləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub ki, sənədləşdirilsin. Çünki bu obyektlər illərdir ki, fəaliyyət göstərir. Ünvan olaraq vergilərdən qeydiyyatdan keçib, kassa aparatları quraşdırılıb, vergi ödəyirlər. İşıq, su,qaz xətləri çəkilib. Obyektdirsə, mənzil kimi yox, qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Çəkilən bütün kommunikasiya xətləri texniki şərtlə qeyri-yaşayış obyekti kimi çəkilir. Bütün bu göstərilənlər varsa, niyə sənəd verməsinlər? Bu baxımdan ilkin növbədə 40 min qeyri-yaşayış obyekti, daha sonra da 500 min fərdi yaşayış evinə sənəd verilməsi nəzərdə tutulur. Həyət evlərinin də normativlərə uyğun olanlar çıxarışla təmin olunması məsələsi qaldırılıb. Çünki bəzi yerlər var ki, qadağan olunmuş ərazilərdir və orada qanunla tikintiyə icazə verilməməlidir. Tikinti normativlərinin pozulması halları var”.

Ekspert deyir ki, söhbət təhlükəsizliyin deyil, normativlərin pozulmasından söhbət gedir:

"Normativlər odur ki, məsələn, bir obyektlə digər obyekt arasında ara məsafəsi olmalıdır. Yaxud hündürlüyü, eni ilə bağlı müəyyən normativlər pozulsa belə, onlara çıxarışının verilməsi məsələsi qabardılıb. Milli Məclisdə bu mövzuda dəfələrlə çıxışlar olub, ancaq nəticə yoxdur. Sənədsiz evlərlə bağlı ölkə baçısının tapşırıqları çox olsa da, onu icra etmirlər. İcra mexanizmini qurmaq lazımdır. Məsələ qabardılır, yenə də əvvəlki vəziyyətinə qayıdır. Ümumiyyətlə, burada həm də məsələ bələdiyyə torpaqlarının özəlləşdirilməsindən gedir. Bələdiyyə torpaqları üzərində tikilən evlərə çıxarışlar veriləcək. Burada ziyan daha çox dövlətə dəyir. İnsanlar həmin evlərdə onsuz da yaşayır, kommunal xərcləri ödəyirlər. Satılanda da dövlətə vergi verilmir. İndi ən böyük problem qeydiyyatdır. İnsanları qeydiyyatdan çıxarıblar. Onların 90 faizinin evləri var, sadəcə çıxarış olmadığına görə öz evlərinə qeydiyyata düşə bilmirlər. Yəni burada çox problem var və onun həlli yolu çıxarışın verilməsindən keçir. Normalda torpaqlar hərrac vasitəsilə satılıb özəlləşdirilir. Ancaq indi hərrac olmayacaq. Çünki üzərində evlər tikilib. Bələdiyyə qanunvericiliyində göstərilir ki, vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR