50 minlik türk ordusu döyüş mövqeyində - Lavrov hərəkətə keçdi

2022-08-23 15:36:00

50 minlik türk ordusu döyüş mövqeyində - Lavrov hərəkətə keçdi

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada suriyalı həmkarı Fəysal Mikdadla görüşəcək.

Hurriyyet.az xəbər verir ki, nazirlər beynəlxalq və regional gündəliyin aktual məsələlərini müzakirə edəcəklər.

Lavrov və Mikdad Suriyada və ətrafındakı son gəlişmələrə diqqət yetirəcək, problemlərin həlli ilə bağlı anlaşmaların irəliləyiş perspektivlərini nəzərdən keçirəcək.

Tərəflərin Astana formatının işini, o cümlədən iyulun 19-da Tehranda keçirilmiş üçtərəfli Rusiya-İran-Türkiyə sammitinin nəticələrini müzakirə edəcəyi gözlənilir.

Türkiyənin Suriyanın şimalında mümkün antiterror əməliyyatı da nazirlərin diqqət mərkəzində olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl bildirib ki, planlaşdırılan tədbirdə əsas məqsəd 2019-cu ilin oktyabrında “Sülh Çeşməsi” əməliyyatından sonra yaradılmış 30 kilometrlik təhlükəsizlik zonasının genişləndirilməsidir.

Türkiyə mətbuatının məlumatına görə, yeni əməliyyatda 50 min türk hərbçisinin və Suriya Milli Ordusunun 5 min silahlısının iştirak edəcəyi gözlənilir. Uğurlu əməliyyat Türkiyəyə Suriya ilə sərhədinin 600 kilometrlik hissəsinə nəzarəti təmin etməyə və terror dəhlizini bağlamağa imkan verəcək. Əməliyyatlar Türkiyə sərhədlərinə təhdid yaradan PKK/YPG terror təşkilatının mövqelərinə qarşı keçiriləcək.

Kremlin sözçüsü Dmitri Peskov bir müddət əvvəl Rusiyanın Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatından narahat olub-olmaması ilə bağlı suala cavab olaraq bildirib ki, Ankaranın təhlükəsizlik baxımından haqlı narahatlıqları var və Moskva bunu nəzərə alır.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061042