Saat:09:14
Haqqımızda

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

2024-04-24 19:34:30

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

Erməni ekspertlərin özü belə təəccüblənir: necə olur ki, 19 aprel razılaşması – 4 kəndin Azərbaycana qaytarılması ilə başlayan sərhədin delimitasiya prosesini bütün ölkələr – ABŞ, Britaniya, AB ölkələri, hətta ərəb dövlətləri, o cümlədən yarıkönül də olsa, Rusiya və İran alqışlayır, dəstəkləyir, “hörmət etdiyini” bildirir, ancaq yalnız 4 ölkədən – Fransa, Yunanıstan, Yunan Kipri və Hindistandan səs çıxmır.

Ermənistan Baş naziri Nikol Paşinyan 5 ay ərzində Azərbaycanla əldə edilən iki böyük razılaşmadan olduqca məmnun görünür: birinci razılaşmada 32 erməni əsir iki azərbaycanlıya dəyişdirilmişdi; 19 aprel razılaşmasında isə Azərbaycanın işğalda olan 8 kəndindən anklav olmayan 4-ü qayıtdı, əvəzində isə Ermənistan uzun müddətdir can atdığı “Almatı Bəyanatı prinsipləri” ilə sərhədin delimitasiya və demarkasiyasına ümid əldə etdi.

Ermənistan bunu uğur sayır – çünki 1991-ci il Almatı Bəyannaməsi əsasında Azərbaycanın Ermənistan ərazisini tanıması üçün illərdir çalışırdı. Paşinyan sevinərək bildirib ki, artıq “yeni sərhədlər” çəkilməyəcək, SSRİ dağılanda mövcud olan sərhədlər əsas götürüləcək.

Əlbəttə, Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə işi yoxdur və indiyədək erməni həyasızlığına, hətta 4 kəndin qaytarılmasına qarşı müdhiş riyakarlıq şou-aksiyalarına baxmayaraq, ermənilərə aid olduğu beynəlxalq səviyyədə qəbul edilən torpaqların bir metrinə də göz dikməyib. Rəsmi Bakı özünə aid olanları tələb edir, sərhədin yenidən deyil, dürüst çəkilməsində israrçıdır.

Paşinyanın sevinci, “29,743 kv/km üçün” “kadastr” almaq arzusu və bu arzusu istiqamətində 19 aprel razılaşmasının böyük ümid yaratdığı aydındır – zatən, Fransa da Almatı Bəyannaməsi əsasında ərazilərin tanınmasında israr edirdi.

Maraqlıdır, bəs, Ermənistanın sevindiyi, dəstəklədiyi, uğurlu anlaşma saydığı və regionda hərbi-siyasi sabitliyə mühüm töhfə olası prosesi Fransa niyə alqışlamır? Niyə “bacısının” sevincinə şərik olmur?

O cümlədən Yunanıstan və Hindistandan – yəni Fransanın təsir dairəsində olan və Parisin göstərişi ilə Ermənistanla hərbi əlaqələri genişləndirib, silah-sursat satan dövlətlərdən niyə səs çıxmır? Nə baş verir?

Yalnız bu gün – 24 apreldə Makronun dili açılır və qondarma “erməni soyqırımı” ilə bağlı tvit yazır: “Gəlin, qırğınlar, köçkünlər və təqib qurbanlarının xatirəsini qoruyaq, fransızlar və ermənilər əbədi olaraq bir-birinə bağlıdır”.

5 gün ərzində Ermənistanın Azərbaycanla razılaşması və hər iki tərəfin qazanclı çıxdığı, sülh prosesinə töhfə sayılan, ikitərəfli danışıqlarda uğur hesab edilən bir razılaşma haqda X səhifəsində belə bir cümlə yazmağa barmağı qalxmayan Makron “erməni soyqırımı günü” barmaqlamağa başladı – düşmənçiliyi, qisası təbliğ edə biləcək məqamda Fransa lideri dərhal oyanır və aktivləşir.

Bu, bir daha təsdiqləyir ki, Makronun Ermənistanı dəstəyində birbaşa öz marağı var – regiona soxulmaq üçün bunu fürsət bilir. Nə qədər ki, Ermənistanla Azərbaycan arasında konflikt var, sülh bağlanmayıb, eskalasiya riski mövcuddur, Fransa guya “kiçik bacısının” arxasında durmaqla regiona soxula bilər. Ancaq sülh varsa, sabitlik, saziş, əlaqə, birbaşa danışıqlar və razılaşmalar mövcuddursa – 19 apreldəki kimi – Makrona da ehtiyac yoxdur və təsadüfi deyil ki, Fransa rəsmiləri də son günlər erməniyönlü açıqlamaları azaldıblar, çünki zərurət yoxdur.

Ancaq bu gün var – Fransanın Ermənistandakı səfirliyi də aktivləşib, “erməni soyqırımı” ilə bağlı ardıcıl açıqlamalar, postlar paylaşır, “qətliamı unutmamağa” çağırır – bir sözlə, ikitərəfli əlaqələri pozmağa yönələn hansı proses varsa, Makronun sivri burnu ordadır.

Bir daha xatırladaq ki, erməni politoloq və siyasətçilər bunu artıq özləri yazırlar. Ki, 5 gündür Makron və Fransanın təsirində olan Yunanıstan, Yunan Kipri və Hindistan niyə XİN səviyyəsində bir post paylaşmır...

Ermənilərin bunu anladığınımı və düzələcəyinimi sanaq?

Qətiyyən: bu, millət deyil, xalq da deyil – ermənilər sadəcə, böyük güclərin əlində oyuncaqdır, maşadır. Ermənistan adlı dövlət zatən buna görə yaradılıb və bu funksiyasını da davam etdirmək tarixi vəzifəsidir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234317