5 general və bir polkovnik vəzifəsindən AZAD EDİLDİ

2022-06-01 17:27:00

5 general və bir polkovnik vəzifəsindən AZAD EDİLDİ

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin beş generalı və bir polis polkovnikini vəzifəsindən azad edib.

Hurriyyet.az APA-ya istinadən bildirir ki, Putin bu barədə bu gün sərəncam imzalayıb.

Putin DİN-nin Vladimir vilayəti üzrə idarəsinin rəisi, polis general-mayoru Vasili Kukuşkini, Altay Ərazisi üzrə Baş İdarəsinin rəis müavini general-mayor Aleksandr Laası, Yaroslavl vilayəti üzrə idarəsinin rəisi, general-mayor Andrey Lipilini, Nazirliyin Əməliyyat İdarəsinin rəisi, general-mayor Aleksandr Udovenkonu, maddi-texniki və tibbi təminat idarəsinin rəis müavini, general-mayor Yuri İnstrankini və ekspert-kriminalistika Mərkəzinin rəisinin birinci müavini, polis polkovniki Emil Musini vəzifəsindən azad edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya