"5-ci kolon"un yuva saldığı məkan: AMEA-nın ləğvinin siyasi səbəbləri...

2022-07-30 15:50:00

AzTV-nin qalmaqallı süjetindən çox keçmədən AMEA-nın fərmanı verildi. Bu qurumun taleyi ilə bağlı qərarın təfərrüatından xəbərdarsız.

O səbəbdən də məsələnin üzərində dayanmayacağıq.

Zatən, mövzumuz da başqadır.

Bir çoxları AMEA ilə bağlı fərmanı hələ də elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi kontekstində şərh edir. Amma şübhəsiz ki, AMEA məsələsinin gündəmə gəlməsi daha çox və bəlkə də birinci növbədə siyasi məsələdir.

Mövzu ilə bağlı şərhlərdə bu məqamı önə çəkənlərin də sayı az olmadı. Və onlar xeyli dərəcədə haqlıdırlar. Hətta AMEA ilə bağlı qərarda yalnız daxili deyil, həm də xarici siyasi amillərin rol oynadığını da söyləmək olar.

Vaxtilə Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olarkən, AMEA-nın Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rolu yəqin ki, xatırlayırsız.

AMEA xeyli dərəcədə siyasiləşmiş qurum idi. Akademiklər elmdən daha çox, siyasi-ideoloji fəaliyyət, hakimiyyətin siyasi kursunun təbliği ilə məşğul olurdu və bu proses bilavasitə Ramiz Mehdiyev tərəfindən idarə olunurdu. Daha sonra əsən siyasi rüzgarlar Ramiz Mehdiyevi Administrasiyadan elə AMEA-nın özünə atdı və həmun gündən bu qurumun siyasiləşməsi pik nöqtəyə çatdı. Yəqin xatırlayırsız, həmin vaxtlarda əksəriyyət Ramiz Mehdiyevin növbti gün hansı deputata və ya jurnalistə cavab verəcəyini, yaxid hansı məqaləni yazacağını gözləyidilər. AMEA-nın rəsmi saytının varlığından belə xəbəri olmayanlar bu saytın daimi ziyarətçisinə çevrilmişdilər. Bu, proseslər əlbəttə, ikitirəlik görüntüsü yaradırdı və çox davam edə bilməzdi. Belə də oldu, Ramiz Mehdiyev AMEA prezidentliyindən də əl çəkməyə məcbur edildi.

O vaxtdan ikitirəlik zahirən aradan qalxsa da, AMEA demək olar ki, başçız və nəzarətsiz qalmışdı və heç bir qarantiya yox idi ki, Ramiz Mehdiyevin başlatdığı xoşagəlməz proseslər bir daha təkrarlanmayacaq. Əksinə, son bir ayda baş verənlər bu ehtimalı artırırdı. Hakimiyyət rəsmiləri özləri belə etiraf edirdilər ki, bir sıra xarici dairələr Azərbaycanda sabitliyin pozulmasında, təxribatların baş verməsində maraqlıdırlar. Bəzi müstəqil ekspertlər isə daha da qabağa gedərək, Rusiya və İranın Azərbaycanda "5-ci kolon"u yenidən hərəkətləndirdiklərini bildirirdilər. Məsələn, az öncə qazilərlə bağlı baş verən hadisələri xatırlayın. Hansısa gizli əl ciddi-cəhdlə baş verənlərin hakimiyyətin əleyhinə yönələn böyük bir kampaniyaya, prosesə çevrilməsinə çalışırdı.

Akademiyaya gəlincə, elm sahəsində ciddi uğurları olmasa da, o həmişə siyasi dəyişikliklərin lotomotivlərindən olub. Bunu təsdiq etmək üçün elə YAP-ın iqtidara gəlməsində "91-lər"in rolunu qeyd etmək kifayətdir. Ramiz Mehdiyev uzaqlaşdırılsa belə, sirr deyil ki, Azərbaycanda "5-ci kolon" təmsiçilərinin yuva saldığı məkanlardan biri də AMEA-dır. Vaxtilə hakimiyyətdə olan, yaxud hazırda hakimiyyətin müxtəlif qollarında təmsil olunan, YAP-da vəzifə tutan xeyli məşhur sima var ki, bu gün də AMEA-da çalışırlar və hazırkı durumlarından o qədər də razı deyillər. Burada "5-ci kolon"un xeyli nümayəndəsi də təmsil olunur. Hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin etiraflarına görə, ali məmur təbəqəsinə daxil olan şəxslər arasında da "5-ci kolon"un nümayəndələri var. Bütün bunları nəzərə alanda təhlükənin nə dərəcdə real olduğunu təsəvvür etmək heç də çətin deyil. Və yəqin siz də təsdiq edərsiz ki, indiyə qədər vəzifədən çıxarılan, yaxid hazırda həbsxanada olan yüksək vəzifəli məmurlar ordusu var ki, onlar da indiki hakimiyyətdən narazıdırlar.

Beləliklə, "5-ci kolon" və "vurulan" yüksək vəzifəli məmurlardan ibarət böyük bir ordu var ki, onların birləşməsinə, əlindəki maliyyə və siyasi təsir rıçaqlarını işə salmasına imkan vermək olmaz. Əksinə, bu pərakəndəliyi daha da artırmaq, "5-ci kolon"un müxtəlif strukturlarda saldığı "yuva"ları dağıtmaq lazım idi ki, AMEA ilə bağlı fərmanla buna nail olundu.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059563