Saat:13:57
Haqqımızda

44 GÜNLÜK ZƏFƏR TARİXİ ŞAGİRDLƏRİN GÖZÜ İLƏ… - Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi yeni layihəyə start verdi

2022-10-05 11:20:00

44 GÜNLÜK ZƏFƏR TARİXİ ŞAGİRDLƏRİN GÖZÜ İLƏ… - Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi yeni layihəyə start verdi

“Tariximizə sahib çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Vətən mənə oğul desə... - 44 günlük Zəfər tarixi şagirdlərin gözü ilə” layihəsinə 01 oktyabr 2022-ci il tarixdən etibarən start verildi.

Bu barədə “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri Araz Şamilov məlumat verib.

Onun sözlərinə görə, 2 aylıq layihə çərçivəsində təşkilat Bakı şəhərində və regionda (Tərtər və Goranboy) ümumtəhsil məktəblərində Vətən müharibəsinə dair, 44 günlük qələbəyə həsr olunmuş tədbirlər keçirməyi planlaşdırır. Tədbirlərdə IX sinif şagirdlərinin  aktiv iştirakı tələb olunacaq. Orta məktəblərdə keçirilən tədbirlərdə əvvəlcədən sinif şagirdlərinə qrup şəklində Vətən müharibəsi, Vətən uğrunda şəhid olan igidlərimizə, qaziləmizə həsr olunmuş slaydlar, video çarx və s. hazırlanması tapşırığı veriləcək. Hansı qrupun işi  daha yüksək qiymətləndiriləcəksə, o qrup qalib sayılacaq. Həmin qrupa diplom və hədiyyələr təqdim olunacaq.

Eyni zamanda rayonlarda-Goranboy və Tərtərdə orta məktəblərdə keçirilən tədbirlərdə isə öncə şagirdlərlə 44 günlük qələbəyə həsr olunmuş söhbətlər aparılacaq. Sonra isə şagirdlərin rəğbətləndirilməsi məqsədilə həmin məktəblərin şagirdləri arasında milli vətənpərvərlik ruhunda “Vətən mənə oğul desə...” mövzusunda inşa müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin ən yaxşı 3 iştirakçısı mükafatlandırılacaqdır.

Sonda tədbirlərdə aktiv iştirak edən 30 şagirdin Şuşa şəhərinə səfəri olacaq.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR