Saat:17:29
Haqqımızda

44 GÜNLÜK SAVAŞDA SÜRÜCÜ KİMİ XİDMƏT GÖSTƏRDİ, MEDAL VERİLMƏDİ... - Goranboy sakini deyir ki, medal almaq onun da haqqıdır... / Fotolar

2024-03-29 14:51:39

44 GÜNLÜK SAVAŞDA SÜRÜCÜ KİMİ XİDMƏT GÖSTƏRDİ, MEDAL VERİLMƏDİ... - Goranboy sakini deyir ki, medal almaq onun da haqqıdır... / Fotolar

Goranboy rayonu, Sarovlu kənd sakini Zeynalov Yasin Nurəddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müharibə iştirakçısı olduğun bildirən şikayətçi iddia edir ki, savaşa könüllü olaraq qatılsa da, ona heç bir medal verilməyib. 
“Mən, Zeynalov Yasin Nurəddin oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, könüllü müharibə iştirakçısı olmuşam. Amma əziyyətimə qarşılıq olaraq 1 medalla belə, təltif olunmamışam.

Müharibə başlayanda Goranboy Rayon Hərbi Komissarlığı məni çağıraraq, N saylı hərbi hissəyə yola saldı. Oradan da digər hərbi hissəyə göndərdilər.

N saylı hərbi hissədə sürücü olaraq xidmət etmişəm. "Qaranlıq meşə"də, "Camış dağı"nda və digər təhlükəli ərazilərdə sürücü olaraq xidmət etmişəm. "Ballı qaya"da, "Meşəlidəvə", Murov istiqamətində və Kəpəz dağının ətəyində də olmuşam.

Vətənim üçün gələcəyin əsgərlərini yetişdirirəm. Xahiş edirəm, mənə də medal verilsin, əziyyətim yerdə qalmasın. Məsələ ilə bağlı müvafiq rəsmi qurumlara müraciət etmişəm, amma nəticə yoxdur”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199015