44 GÜNLÜK QARABAĞ SAVAŞININ İŞTİRAKÇISI VETERAN STATUSU ALA BİLMİR – Gəncə sakini rəsmi qurumlardan şikayətçidir
2023-09-14 16:33:58
.jpg)
Gəncə şəhərinin sakini Məmmədov Anar Əli oğlu tərəfindən Hürriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İkinci Qarabağ iştirakçısı olduğunu deyən şikayətçi iddia edir ki, hələ də veteran statusu ala bilmir:
“Mən, Məmmədov Anar Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişəm və medalla təltif olunmuşam. Amma indiyədək veteranlıq verilmir.
Hərbi hospitaldan aldığım sənədləri də təqdim etmişəm, amma mənə veteranlıq verilmir. Xahiş edirəm, mənə veteran statusu almaqda köməklik göstərəsiniz”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya