Saat:08:29
Haqqımızda

44 günlük müharibəni Sarkisyan elan etdi - Paşinyan

2023-05-31 15:37:00

44 günlük müharibəni Sarkisyan elan etdi - Paşinyan

Serj Sarkisyan 44 günlük müharibəni iki il əvvəl “elan etdi”

Hurriyyet.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan "44 günlük müharibə"nin hələ 2018-ci ilin aprelində eks-prezident Serj Sarkisyan tərəfindən elan edildiyini bildirib.

İrəvanda keçirilən Erməni Demokratiya Forumunda çıxış edən Paşinyan 2020-ci il müharibəsini 2016-cı ilin aprel eskalasiyasının davamı adlandırıb.

“Axı unutmayaq ki, 2018-ci ilin aprelində baş nazirliyə namizəd kimi çıxış edən Serj Sarkisyan bu müharibəni elan etdi. O vaxt Ermənistanda hakimiyyət dəyişikliyi olmayıb və bu, çox vacib haldır. Niyə sonralar demokratik hökumət müharibədən yayına bilmədi? Ona görə ki, yeni hakimiyyət Dağlıq Qarabağla bağlı reallıqla üzləşdi və onu tam şəkildə “həzm etmək” mümkün deyildi”.

Onun sözlərinə görə, Qarabağla bağlı həqiqətləri nə yeni hakimiyyət, nə də cəmiyyət həzm edə bilib.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR