“40 YAŞDAN SONRAKI QADIN” - Jalə Rzabəylinin növbəti kitabının təqdimat mərasimi keçirildi / FOTOLAR

2022-12-23 12:48:00

“40 YAŞDAN SONRAKI QADIN” - Jalə Rzabəylinin növbəti kitabının təqdimat mərasimi keçirildi / FOTOLAR

Dünən Azərbaycan Yazıçılar Birliyində yazıçı-jurnalist Jalə Rzabəylinin növbəti kitabının təqdimetmə  mərasimi keçirilib.

Hurriyyet.az xəbər verir ki, sosial-psixoloji, sağlamlıq və motivasiya xarakteri daşıyan kitab  “40 yaşdan sonrakı qadın” adlanır. Nəşr 30 hissədən ibarətdir.

Təqdimat mərasimində tanınmış ziyalılar, idman nümayəndələri, media və qələm adamları iştirak ediblər. Onlar motivasiya xarakteri daşıyan  kitabın əhəmiyyətindən və müəllifin yazı üslübundan danışıblar. Vurğulanıb ki, həyatının ikinci mərhələsini yaşayan qadınlar üçün belə kitablar onlara eyni zamanda həmdəmdir .

Müəllif Jalə Rzabəyli kitab barədə məlumat verərkən qeyd edib ki, kitabda qadınlar üçün faydalı məsləhətlər və nikbin düşüncə gücü yer almaqdadır.

Burada, eyni zamanda, Mövlana Cəlaləddin Rumi, Hüseyn Cavid, Cemal Süreya kimi söz ustalarının qısa fikirləri də yer alıb.

Müəllif  bildirib ki, kitab ömrünün ikinci baharını yaşayan 40 yaşlı qadınlar üçün lazımlı imformasiyalar verməkdədir.

“Kitab təkcə qadınlar üçün deyil, kişi oxucular üçün də maraq daşıyır. Belə kitablar qadınların maarifləndirilməsi, özünə olan güvən hissinin yaradılması baxımından lazımlıdır”,-deyə müəllif  bildirib.

“Ümid edirəm ki, “40 yaşdan sonrakı qadın” həm xanımların, həm də xanımlara dəyər verən kişilərin sevimli kitabına çevriləcək”,-deyə yazıçı qeyd edib.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.148643