40-dan sonra soyunan məşhurlar: Sinə açmaq, yoxsa qocalıqdan qaçmaq...

2023-02-20 16:00:00

40-dan sonra soyunan məşhurlar: Sinə açmaq, yoxsa qocalıqdan qaçmaq...

Son vaxtlar Xalq artisti Tünzalə Ağayeva geyimi ilə hər kəsi təccübləndirir. Açıq-saçıq libaslarla poz verən 46 yaşlı müğənni həmin fotolarını sosial şəbəkələrdə də paylaşır. 

İzləyicilərin müzakirəsinə səbəb olan bu geyimlər çox vaxt tənqid olunur. İzləyicilər müğənninin bu yaşda açıq-saçıq imic seçməsini qəbul edə bilmir. 

Bəs görəsən, xanımlar niyə 40 yaşdan sonra imiclərində ciddi dəyişikliklər etmək qərarına gəlirlər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, bütün dünyada sənət adamları təkcə səsləri ilə deyil, həm də tərzləri ilə diqqət çəkməyə çalışırlar: 

“Sənət adamları hər zaman öncə səsləri, daha sonra geyim tərzləri, səhnə performansları ilə izləyicilərin gözlərini oxşamağa, müxtəlif yeniliklər etməyə can atırlar. Bunun yaşla əlaqəsi yoxdur, istər 40 yaşa qədər, istərsə də 40 yaşdan sonra onlar baxımlı olmaq istəyirlər. 

Onların bu cür yeniliklər axtarışında olması təkcə bizim musiqi zövqümüzlə deyil, həm də estetik zövqünüzlə bağlıdır. Biz istəyirik ki, qulaq asdığımız insan görünüşü ilə də ruhumuzu oxşaya bilsin. Sənətçilər arasında 40 yaşdan sonra müğənnilərin açıq-saçıq geyinməsinə gəldikdə isə, bəli, bu bəzən belə olur, misal olaraq türkiyəli müğənni Ajda Pekkanı da göstərə bilərik. O son dönəmlərdə efirə, konsertləyə geydiyi açıq-saçıq libaslarla diqqət çəkir. Bu həmçinin Hollivud ulduzlarında da belədir. Lakin bu o demək deyil ki, onlar yığılmış estetik bədənlərini göstərməyə çalışırlar, yaxud “mən cavanam” deməyə çalışırlar, xeyr, onlar daha çox oxuduqları ritmlərə görə hərəkətliliklərini göstərməyə çalışırlar. Onların çoxu pop janrında oxuyurlar və sanki qonşudan qalma dala prinsipi ilə oxuduqlarına uyğun geyinirlər, performans göstərirlər. Bəzən onlara olduqları yaşı vermək olmasın deyə də bu cür yeniliklərə can atırlar”. 

Onun sözlərinə görə, 40 yaşından sonra qadınlar özlərini daha rahat və olğun hiss etməyə başlayırlar. Bəzən bu səbəbdən onlar görünüşlərində ciddi dəyişiklik edirlər: 

“Qadın qadınlığını 40 və 40 yaşından sonra daha çox hiss etməyə başlayır. Onlar 40 yaşa qədər sanki kimdənsə asılı olurlar, 40-dan sonra isə sərbəst düşüncə tərzinə sahib olurlar, “artıq dolğun bir qadınam” deyə düşünüb müəyyən dəyişikliklər edirlər. 

Rəqəmlər üzərindən də insanların yaşa dolduğunu demək də doğru yanaşma deyil. Bu gün 40-50 yaşında elə qadınlar var ki, övladları ailə qurub, artıq nənədirlər. Bu həm də onların görünüşünə təsir edib. Görünüşə yaşam mühiti, həmin mühitə uyğun atılan addımlar da təsirsiz ötüşmür. Rayon və şəhər mühitini müqayisə etsək, geyimlərdə fərqlər ola bilər. Məsələn, qadın düşünür ki, rayon yeridir, mən oğul, qız köçürmüşəm, mənə bu formada geyinmək yaraşmaz. Amma baxırıq ki, Bakıda həmin yaşda xanım bu geyimi rahatlıqla geyinir”. 

Psixoloq qeyd edib ki, kişilərdən fərqli olaraq, qadınlarda andropoz dövrü müşahidə edilmir:

“Qadın 40-80 yaşında da qadındır. Andropoz dövrü  (Yaşın irəliləməsi ilə əlaqəli kişilərdə testesteron hormonun qanda azalması) qadınlara aid edilmir. Bəylər 50-55 yaşına qədər şorgöz və xəyanətə meyilli olurlar. Bu yaşda qadınlar özünü rahat, hər bir formada təqdim etməyə qadir olurlar, amma bəylər o dərəcədə çılğın düşüncələrdə ola bilmirlər. O yaşda kişilər katibəsinə sadəcə toxunaraq bir sakitlik tapsa da, qadın daha çılğın olur. Əgər ginekoloji problemləri yoxdursa, yaşından asılı olmayaraq, qadın elə axıra kimi də qadındır”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.177799