40-a yaxın ailə şəhərdən çıxmayıb – Mariupoldakı azərbaycanlılarla bağlı SON VƏZİYYƏT

2022-04-22 11:53:00

40-a yaxın ailə şəhərdən çıxmayıb – Mariupoldakı azərbaycanlılarla bağlı SON VƏZİYYƏT

“Hazırda rusların nəzarətində olduğu deyilən Ukraynanın Mariupol şəhərində 4 azərbaycanlı həlak olub. Bir nəfər isə itkin düşüb”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bizim.Media-ya açıqlaması zamanı Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova məlumat verib.

O bildirib ki, 4 azərbaycanlının cəsədi Azərbaycana göndərilib.

“40-a yaxın azərbaycanlı ailə isə Mariopulu tərk etməyib. Onların təxliyyəsi üçün şərait yaradılsa da geri dönmək istəməyiblər. Bir çox azərbaycanlı ailə isə Kiyevə gedib. Onlar geri dönəcəklərinə ümid edirlər. Mariupolda hazırda qoşunlar yoxdur. Onlar ərazidən çıxıblar”, - deyə A.Həmidova əlavə edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya