4 yaşlı uşağa siqaret çəkdirən dayısı cəzalandırıldı (RƏSMİ)

2023-01-11 11:25:00

4 yaşlı uşağa siqaret çəkdirən dayısı cəzalandırıldı (RƏSMİ)

Sosial şəbəkələrdə azyaşlı uşağa siqaret çəkdirən şəxsin görüntüləri yayılmışdı.

Hurriyyet.az xəbər verir ki, "TikTok”da yayılan görüntülərdə uşağın dayısı olduğu deyilən şəxs azyaşlıya siqaret verdiyi, daha sonra uşağın başına 100 dollarlıqlar səpdiyi görünürdü.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, görüntülər araşdırılıb. Polis əməkdaşları həmin görüntüləri Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənovun çəkdiyini müəyyən edib.

4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. (qaynarinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136229