4 yaşında öz işini qurdu, 11 yaşında milyonçu oldu

2022-06-20 15:43:00

4 yaşında öz işini qurdu, 11 yaşında milyonçu oldu

Hurriyyet.az xəbər verir ki, hazırda 17 yaşında olan texaslı gənc qız 4 yaşında qurduğu iş sayəsində 11 yaşında artıq milyonçu olub.

Mikeyla Ulmerin uğur hekayəsi ulu nənəsindən qalma qədimi bir yemək kitabını aldıqdan sonra başlayıb. O zamanlar yalnız 4 yaşında olan Mikeyla sərinləşdirici içki istehsalına başlayıb. Onun ulu nənəsindən qalma reseptə görə hazırlanan limonadın tərkibinə nanə, kətan toxumu və bal daxildir. Mikeyla balın əldə edilməsi barəsində məlumat toplayarkən, arıların ekoloji sistemdə necə mühüm rol oynadığına heyran qalıbmış. O, gəlirinin bir qismini arıların populyasiyasını dəstəkləyən təşkilatlara ödəyir. Onun hazırladığı ballı içkinin dadına hətta ABŞ-ın eks-prezidenti Barak Obama da baxıb.

Mikeyla 11 yaşına çatdıqda  ABŞ-ın “Whole Foods” şirkəti həmin içki üçün ona 11 milyon dollar pul ödəyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya