4 övladı xəstə olan hərbçi ailəsindən müraciət: Xahiş edirəm kömək edin - VİDEO

2022-05-05 16:57:00

4 övladı xəstə olan hərbçi ailəsindən müraciət: Xahiş edirəm kömək edin - VİDEO

Sumqayıtda yaşayan əkiz Həsən və Hüseyin Cəfərov qardaşlarının yardıma ehtiyacı var.

Bu barədə Ölkə.Az-a uşaqların anası Rəmziyyə Cəfərova müraciət edib. Yoldaşı hərbçi olan R.Cəfərova deyir ki, övladlarını böyüdüb əsgər göndərmək istəyir:

“Uşaqlar hər ikisi anadangəlmə ürək xəstəliyi, skaleozdan əziyyət çəkirlər. Əkizlərin aylıq müalicəsi üçün azı 1500 manat pul lazım olur. Qaldığımız kirayə evin pulunu 4 aydır verə bilmirik.

Maddi durumumuz çox aşağıdır, uşaqları vaxtlı-vaxtında müayinəyə apara bilmirik. Həkimlər deyib ki, uaqlar 6 yaşına kimi əməliyyat olunmalıdır.

Əməliyyat üçün 35 min dollar lazımdır. Bu əməliyyat xarici ölkədə aparıla bilər. Uşaqların müalicəsi üçün kredit götürmüşdük. Həmin kredit də yoldaşımın maaşından tutulur”. 

R.Cəfərova söyləyib ki, onun digər övladları da xəstədir:

“4 övladımın hərəsi bir cür xəstədir. Kiçik qızım da illərdir müalicə olunur. Nə qədər sudurqa olub. Hazırda uşağın ayaqları tutulub. Xeyirxah insanlardan kömək istəyirəm. Azərbaycan xalqından xahiş edirəm, bizə dəstək olsunlar”. 

Kapitalbank: 4169741342045778

Əlaqə nömrəsi: 055 842 68 48

  •  


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya