4 ölkə Ukrayna təyyarəsinin vurulmasına görə İrana qarşı məhkəmə işi qaldırdı

2022-12-29 10:58:00

4 ölkə Ukrayna təyyarəsinin vurulmasına görə İrana qarşı məhkəmə işi qaldırdı

Kanada başda olmaqla 4 ölkə Ukraynaya aid sərnişin təyyarəsinin vurulması ilə bağlı İranla mübahisəni həll etmək üçün arbitraj məhkəməsində iddia qaldırıb.
Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Tehrandan havaya qalxan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə iki raketlə vurulub. Təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Üç gün sonra İran təyyarəni səhvən vurduğunu etiraf edib və indi bu təyyarə qəzasında vətəndaşları həlak olan Kanada, İsveç, Ukrayna və Böyük Britaniya birgə bəyanatda deyildiyi kimi, İrana qarşı konkret addım atmağa qərar verdilər. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.268357