Saat:18:32
Haqqımızda

4 kəndin geri qaytarılması regionda... - Yıldız

2024-04-30 15:11:23

4 kəndin geri qaytarılması regionda... - Yıldız

Cənubi Qafqazda daimi sülhün bərpası üçün Ermənistanın işğal altında saxladığı Azərbaycan kəndlərini geri qaytarması əsas amildir.

Hurriyyet.az xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyənin BMT-dəki daimi nümayəndəsi, xarici işlər nazirinin müavini Əhməd Yıldız deyib.

O, vurğulayıb ki, Ermənistanın Qazaxın 4 kəndini Azərbaycana qaytarmaqla bağlı razılığa gəlməsi ilk növbədə onun özü üçün tarixi bir fürsəti dəyərləndirmək mənası daşıyır:

“Ermənistanın öz məsuliyyətini anlayıb doğru istiqamətə yönəlməsi təqdir olunmalıdır. Eyni zamanda, Ermənistanın danışıqlarda işğal zamanı minaladığı ərazilərlə bağlı razılığa gəlməsi də zəruridir. Bütün bunlar hər şeydən öncə Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcək məsələlərdir”.

Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri olduğu dönəmdə də bu məsələlərin çox müzakirə edildiyini vurğulayan Ə.Yıldız qeyd edib ki, Türkiyə hər zamankı kimi, yenə də haqqın tərəfində dayanır:

“Türkiyə Azərbaycan nümayəndə heyəti ilə birlikdə bu məsələləri Avropa Şurasında da çox müzakirə etdi və bu danışıqlar yenə aparılır. Azərbaycana qarşı yol verilən haqsızlıq və Ermənistanın tərəfinin tutulması haqqında çox danışıldı. Türkiyə öz prinsipial mövqeyi ilə bir çox məsələlərin çözümündə önəmli rol oynayıb və onlardan biri də Cənubi Qafqaz regionunda daimi sülhün bərpasıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202683