4-cü mərtəbədən yıxılan uşağın vəziyyəti - Açıqlandı
2022-05-04 00:35:00

Mingəçevirdə 4-cü mərtəbədən yıxılan 9 yaşlı qızın vəziyyəti açıqlanıb.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, V.Abdullayev 6 ünvanında yerləşən 5 mərtəbəli binadan yıxılan Hüseynli Dəniz Tərlan qızı koma vəziyyətindədir.
Bildirilib ki, 4-cü mərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılan azyaşlı ağır kəllə beyin travması, sağ baldır sümüyünün sınığı, göz nayihəsindəki xəsarətlərlə komotoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, autizm sindromlu Dəniz nənəsigildə qonaq olarkən nəzarətsiz qalması səbəbindən bədbəxt hadisə baş verib. \\Qafqazinfo
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya