Saat:16:56
Haqqımızda

"396 milyon manat ayrılan qurumun mövcudluğu sual altındadır" - ekspert ilginc FAKTLARI AÇIQLAYIR

2022-08-29 17:33:00

"2019-cu ildə bir xırda araşdırma etmişdim, İctimai Yayıma qurulduğundan etibarən Dövlət Büdcəsindən ayrılan vəsaitin günümüz manat dəyəri ilə 347 milyon 813 min manat olduğu müəyyən olunmuşdu. Son 3 ildə isə büdcədən və Prezidentin birbaşa ayırdığı vəsaitin həcmi 47 milyon 762 min manat olub. Yəni toplam bu günədək 396 milyon manatadək büdcə vəsaiti gedib bu quruma. Buraya 17 ildə toplanan reklam gəlirləri, sponsor gəlirləri daxil deyil. Bunun miqdarına dair heç yerdə nə bilgi, nə də hesabat var".
Hurriyyet.az
yeniavaz.com-a istinadla xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli yazıb. O bildirib ki, hətta Yayım Şurasının mövcudluğu da, üzvlərinin kimlikləri də sual altındadır:
"Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) yaranmasının 17-ci ili tamam olur.
İctimai Yayımın cəmiyyət tərəfindən məsul olan strukturu Yayım Şurasıdır. Bu Şuranın sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova və Salman Musayevdir.
İctimai Yayımın fəaliyyətini tənzimləyən Qanunda ictimai yayımçının səlahiyyətlərini iki struktur - yayım şurası və baş direktorun həyata keirdiyi qeyd edilib. Öncə Yayım Şurası vurğulanıb. Çünki, Baş direktoru da vəzifəyə Yayım Şurası seçir, vəzifədən azad edir.
Qanunun əlaqəli bəndində “16.1. İctimai yayımçının bu Qanunla müəyyən edilən səlahiyyətləri Yayım şurası və Baş direktor tərəfindən həyata keçirilir” - deyilir. Yəni öncəliklə Yayım Şurasının məsul olduğu vurğulanır.
Qurumun fəaliyyətini tənzimləyən Qanunun 20-ci maddəsi Yayım Şurasının səlahiyyətlərini sıralayıb və bunların toplam sayı iyirmidən çoxdur. Bunlardan ən önəmlisi də hesabatlı olmaqdır.
“20.1.12. ildə bir dəfə öz fəaliyyəti barədə ictimaiyyətə hesabat verir və bu hesabatı mətbuatda dərc etdirir”.
Amma Yayım Şurasının çox önəmli səlahiyyətləri bununla bitmir, O, YŞ haqqında Əsasnaməni, ictimai yayımın konsepsiyasını, ictimai yayımçının proqram strategiyasını və siyasətini, vəzifə təlimatları və daxili tənzimləyici normaları, ictimai yayımçının büdcəsini və illik hesabatını hazırlayır, yaxud təsdiq edir, lazımi hallarda, proqramların monitorinqini həyata keçirir.
Onun səlahiyyətləri arasında hətta Baş direktora xəbərdarlıq etmə, Direktorlar Şurasının qərarını ləğv etmə də mövcuddur.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi internet saytına girib baxdıqda bu önəmli səlahiyyəti olan Yayım Şurasının varlığı haqqında heç bir rəsmi bilgiyə rast gəlinmir. Hətta nəinki onun hesabatı, hazırladığı əsasnamə, konsepsiya, tənzimləyici normalar, monitorinqlərinin nəticəsi, illik hesabatları yoxdur, onun özünün mövcudluğu da, üzvlərinin kimlikləri də sual altındadır.
2019-cu ildə bir xırda araşdırma etmişdim, İctimai Yayıma qurulduğundan etibarən Dövlət Büdcəsindən ayrılan vəsaitin günümüz manat dəyəri ilə 347 milyon 813 min manat olduğu müəyyən olunmuşdu. Son 3 ildə isə büdcədən və Prezidentin birbaşa ayırdığı vəsaitin həcmi 47 milyon 762 min manat olub. Yəni toplam bu günədək 396 milyon manatadək büdcə vəsaiti gedib bu quruma. Buraya 17 ildə toplanan reklam gəlirləri, sponsor gəlirləri daxil deyil. Bunun miqdarına dair heç yerdə nə bilgi, nə də hesabat var.
İctimai Yayım Şurası cəmiyyətə hesabat verməlidir. Bu onların vəzifəsidir. Gözləyirik".
Qeyd edək ki, keçmiş Milli Televiziya və Radio Şurasının (MTRŞ) (indiki Audivizual Şura) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib. Bu gün isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR