Saat:06:00
Haqqımızda

39 Nobelçi Putinə açıq məktub yazdı

2024-03-28 09:23:21

39 Nobelçi Putinə açıq məktub yazdı

39 Nobel mükafatçısı Rusiya Prezidenti Vladimir Putinə açıq məktub yazıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “T-invariant” portalı məlumat yayıb.

Bildirilib ki, bəşəriyyət dünya müharibələrinin dəhşətlərindən demokratiya prinsiplərinə və beynəlxalq insan haqları hüququna riayət etdikdə özünü məhv etməkdən qaçıra bilər. Buna görə də Nobel mükafatçıları dünya liderlərini beş bəndi həyata keçirməyə çağırıblar:

Ukraynaya yardımı əhəmiyyətli dərəcədə artırılsın;

Rusiyada insan haqları və demokratik müxalifət dəstəklənsin;

Demokratik və müharibə əleyhinə siyasi əqidələrinə görə repressiya riski altında olan və sığınmağa ehtiyacı olan Rusiya vətəndaşlarına dəstək gücləndirilsin;

Rejimin dəyişməsində rolu kritik olan müstəqil Rusiya mediası da daxil olmaqla, Rusiyanın demokratik anti-Putin təşkilatları dəstəklənsin;

Rusiyada Putinin qeyri-legitim hakimiyyəti tanınmasın.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR