35 şəhəri CHP, 24 şəhəri AKP idarə edəcək
Hurriyyet.az xəbər verir ki, seçki məntəqələrindəki hesablamaların 99,9%-i başa çatdıqdan sonra Türkiyədə müxalif CHP-nin (Cumhuriyyətçi Xalq Partiyası) ölkənin 35 şəhərinə, hakim AKP-nin (Ədalət və İnkişaf Partiyası) 24 şəhərinə rəhbərlik edəcəyi bəlli olub. Bu barədə açıqlamanı Türkiyənin Ali Seçki Komissiyasının rəgbəri Ahmet Enver verib.
2019-cü ildən bəri İstanbul, Ankara və Antalya şəhərlərini idarə edən CHP bunlarla yanaşı, yeni şəhərlərdə - o cümlədən, İzmirdə, Bursa və Tekirdağ kimi sənaye mərkəzlərində rəhbərlikdə olacaq.
Komissiya başçısının sözlərinə görə, seçicilərin 78%-dən çoxu seçkilərdə iştirak ediblər.
10 şəhərə HDP-nin varisi hesab edilən DEM, 8 şəhərə isə hakim partiyanın müttəfiqi olan MHP üzvləri rəhbərlik edəcək.
Hürr Tərcüman