“3+3” formatının növbəti iclası yaxında baş tuta bilər - Rusiya XİN

2022-12-10 12:24:00

“3+3” formatının növbəti iclası yaxında baş tuta bilər - Rusiya XİN

Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın iştirakı ilə “3+3” formatında regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər. 

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. 

Onun sözlərinə görə, hazırda "3+3" formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati məsələlərlə bağlı iş görülür. O, görüşün yaxın aylarda baş tutacağına ümid etdiyini vurğulayaraq deyib: “Bütün iştirakçılara, o cümlədən Gürcüstana dəvət göndərilə bilər”. 

 

D.Qonçar iştirakçılar arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3”in məsləhətçi regional platformanın yaradılmasının faydalı olacağına əmin olduqlarını söyləyib:

“Xatırladıram ki, 2021-ci ilin dekabrında Moskvada keçirilən təsis yığıncağı zamanı ümumi maraq doğuran mövzular bunlar olmuşdu: iqtisadi ticarət, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, habelə ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə”. 

bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.483135