Saat:19:09
Haqqımızda

“3+3” formatı ilə bağlı Rusiyadan açıqlama

2022-05-17 16:47:00

“3+3” formatı ilə bağlı Rusiyadan açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko bu agentliyə mühasibəsində  “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatında ikinci iclasın iyul ayına qədər keçirilməsinin planlaşdırılsığını bildirib.  Diplomat deyib: “İndiki mərhələdə formatın ikinci iclasına hazırlıq aparılır. İclasın birinci yarımilin sonuna qədər keçiriləcəyini güman edirik”.

Rudenko Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən işçi qrupun nəqliyyat və iqtisadiyyat sahəsindəki əlaqələrin blokadadan çıxarılması üzərində işlədiyini xatırladaraq söyləyib: “Regionda konkret layihələrin reallaşdırımasına imkan yaradacaq konkret qərarın qəbul edilməsi üçün iş aparırıq”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR