Saat:17:03
Haqqımızda

300-ə yaxın şəhid anasının iştirakı ilə yürüş keçirildi - VİDEO

2021-10-18 10:16:00

300-ə yaxın şəhid anasının iştirakı ilə yürüş keçirildi - VİDEO

Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanların ildönümə həsr olunmuş anım mərasimi keçirilib.

Hurriyyet.az REAL TV-yə istinadən xəbər verir ki, bu məqsədlə 300-ə yaxın şəhid anası, qəhrəmanların ailə üzvləri, deputatlar, din xadimlərinin iştirakı ilə II Fəxri Xiyabana yürüş keçirilib. Milli Qəhrəman Polad Həşimovun məzarını ziyarətlə başlanan yürüş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə davam etdirilib. Şəhid anaları birgə Azərbaycan himnini oxuyaraq “Qarabağ Azərbaycandır” şüarını səsləndiriblər.

Polad Həşimovun anası Səmayə Həşimova bildirib ki, bu yürüş bütün Azərbaycan və türk xalqı üçün vacibdir: “Belə qartalları, torpaqları işğaldan azad edənləri belə toplum şəkildə gəlib görməyimiz bizim üçün çox önəmlidir”.

Qeyd edək ki, yürüş Müdafiə Nazirliyinin dəstəyi ilə “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində həyata keçirilib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR