Saat:05:27
Haqqımızda

300 dollarlıq gömrük limiti azaldılır?

2023-12-04 17:19:05

300 dollarlıq gömrük limiti azaldılır?

Son günlər şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlı məlumatlar yayılıb.

Hurriyyet.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu limitlərin Nazirlər Kabineti tərəfindən müəyyənləşdirildiyini qeyd edib.

Deputat xatırladıb ki, sonununcu dəfə 2020-ci il avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirilib:

“Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq onun aşağı salınması məqsədəuyğun deyil.

Vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür. Bu baxımdan, o məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar”.

V.Bayramovun sözlərinə görə, sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidi: “Bu baxımdan, vətəndaşlar üçün rüsumsuz aylıq 300 dolların gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifafə imkanları hər zaman mümkündür”. (qafqazinfo)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR