300-dən çox İran dronunu vurmuşuq - Zelenski
2024-02-12 16:38:31
"Son həftələrdə 300-dən çox İran dronunu vurmuşuq".
Hurriyyet.az xəbər verir ki, bunu Ukryana prezidenti Vladimir Zelenski bildirib.
O, deyib ki, 2024-cü ilin əvvəlindən bəri ölkəsinin Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya ordusunun Ukraynaya atdığı İran istehsalı 359 ədəd “Şahid” dronlarını vurub.
Onun sözlərinə görə, dünən gecə də 40 ədəd Şahid-136/131 dronu Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Qeyd olunub ki, Rusiyanın əsas hədəfə aldığı bölgələr arasında Kiyev, Vinitsa, Odessa, Nikolayev, Xerson, Çerkassı şəhərləri yer alır.
bakupost.az